Tüfeyli həyat sürən 4 uşaq anası - Baş Prokurorluq valideyndən məhkəməyə müraciət etdi - FOTO

Tüfeyli həyat sürən 4 uşaq anası - Baş Prokurorluq valideyndən məhkəməyə müraciət etdi - FOTO

Hazırda oxunan: Tüfeyli həyat sürən 4 uşaq anası - Baş Prokurorluq valideyndən məhkəməyə müraciət etdi - FOTO

22293

4 azyaşlı uşaq antisanitariya şəraitində yaşadıqları üçün valideynlik hüququnun məhdudlaşdırılması məqsədi ilə Baş Prokurorluq məhkəməyə müraciət edəcək.

Bizim.Media-ya Baş Prokurorluqdan verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Abşeron rayonu, Xırdalan şəhərində 4 azyaşlı uşağın antisanitariya vəziyyətində yaşamaları barədə məlumatlar yayılıbdır.

Bununla bağlı bildiririk ki, qeyd edilən məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmaqla müəyyən edilmişdir ki, 1986-cı il təvəllüdlü Rahilə Məmmədovanın tüfeyli həyat tərzi keçirməsi səbəbindən azyaşlı uşaqları antisanitariya şəraitində yaşamışlar.

Eyni zamanda, Rahilə Məmmədovanın qanunsuz hərəkətləri hazırda azyaşlı uşaqlarının həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulmuşdur.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO