Operativ Qərargahın brifinqində hansı qadağalar götürüləcək? - Deputat AÇIQLADI

Operativ Qərargahın brifinqində hansı qadağalar götürüləcək? - Deputat AÇIQLADI

Hazırda oxunan: Operativ Qərargahın brifinqində hansı qadağalar götürüləcək? - Deputat AÇIQLADI

22285

“Bir həftə sonra Azərbaycanda xüsusi karantin müddəti başa çatır. Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə bir neçə dəfə ölkə ərazisində xüsusi karantin rejiminin müddətini uzadılması barədə qərar qəbul olunub. Son günlər yoluxma sayında azalmaların müşahidə edildiyini nəzərə alsaq gələn aydan yumşaldılmaların olacağı istisna edilmir”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə mövcud vəziyyətə uyğun olaraq karantin tədbirlərinin yumşaldılması və bütövlükdə real sektordakı məhdudiyyətlərin bir qisminin aradan qaldırılması məqsədəuyğun olardı:
 

“Yaz aylarında Azərbaycanda sərt karantin tətbiq olunmadan yoluxma sayını lokallaşdırmaq mükün oldu. Etiraf edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah son aylar bu istiqamətdə təqdirəlayiq fəaliyyət həyata keçirdi.


Yoluxma sayının azalması və epidemioloji vəziyyətin uyğun olması yeni qərarların qəbul edilməsini istisna etmir. Bu kontekstdə biz təklif edirik ki, turizm mövsümünün yaxınlaşmasını nəzərə alsaq, Azərbaycana gəlişlə bağlı qaydaların yumşaldılması məqsədəuyğun olardı. Hazırda Azərbaycana gəlməklə bağlı xüsusi qaydalar qüvvədədir. Bu baxımdan seçilmiş ölkələrdən müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin”. 

Deputat qeyd edib ki, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir:
 

“Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu bəzi hallarda çətinlik yaradır.

 

O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur. İqtisadiyyatda digər istiqamətlərdə də məhdudiyyətlərin yumaşladımasının mərhələli şəkildə həyata keçirilməsi yaxşı olardı. Uzun müddət müakirə olunan məsələlərdən biri də toyların keçirilməsinə icazə verilməsi və idman zallarının fəaliyyətə başlaması ilə bağlıdır. Fikrimcə, xüsusi qaydalar hazırlayıb tətbiq etməklə bu istiqamətdə yumşaldılmaya gedilməsi doğru olardı”, deyə Vüqar Bayramov əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO