Bölgələrdə Azərbaycan Polisi Günü QEYD EDİLDİ

Bölgələrdə Azərbaycan Polisi Günü QEYD EDİLDİ

Hazırda oxunan: Bölgələrdə Azərbaycan Polisi Günü QEYD EDİLDİ

222794

Qəbələ, Ağdaş, Göyçay, Zaqatala rayonları və Mingəçevir şəhərində Azərbaycan polisinin yaranmasının 105 illiyi ilə bağlı tədbirlər keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Modern.az"a verilən məlumata görə, tədbirlərdə polis şöbələrinin şəxsi heyəti, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və polis veteranları iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb.

 

Daha sonra tədbirlərdə çıxış edənlər Azərbaycan Polisinin keçdiyi 105 illik şərəfli yoldan, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin vətəndaşların hüquq və azadlıqlarının qorunmasındakı əvəzsiz rolundan danışıblar.

 

Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və mükafatlar, eləcə də veteranlara müxtəlif hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO