90-cı illərlə müqayisədə gənclər arasında öd kisəsi xərçəngindən əziyyət çəkənlərin sayı iki dəfə artıb.
“Gazeta.ru” nəşrinin yaydığı məlumata görə, bu barədə britaniyalı onkoloq və Ümumdünya Səhiyyə Təşkilatının xərçənglə mübarizə proqramının keçmiş rəhbəri Kerol Sikora məlumat verib.
Son vaxtlara qədər, öd kisəsi xərçəngi nadir bir xəstəlik hesab olunurdu. Lakin araşdırmalarına görə, son onilliklərdə onun yayılması halları əhəmiyyətli dərəcədə artıb.
Sikoranın sözlərinə görə, xəstəlik getdikcə daha çox gəncləri - 50 yaş və daha cavan insanları əhatə edir:
"Mümkün səbəb müasir həyat tərzindəki dəyişikliklərdir. Ətraf mühitin çirklənməsi, spirt istehlakı, qeyri-sağlam qidalanma və getdikcə stresli həyat tərzinin artması həzm mikrobiomuna dolayı yolla mənfi təsir göstərir. Bu da öz növbəsində xərçəngin inkişaf riskini artırır”.
Bəs ölkəmizdə öd kisəsi xərçəngi ilə bağlı durum necədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Abbas Bağırov təəssüflə bildirib ki, təkcə öd kisəsis xərçəngi yox, bütün xərçəng xəstəlikləri həndəsi silsilə ilə artır:
“Ən pisi də odur ki, bu xəstəliklər gənclər və hətta yeniyetmələr arasında yayılır. Bunun da bir səbəbi alimantor faktorla, yəni qida ilə bağlıdır. Ekoloji təmiz, mənşəyi bəlli olan qidalar çox azdır. İkinci məsələ qida əlavələridir. Qida hazırlanarkən ona vurulan konservantlar, stabilizatorlar, boyayıcı və dadlandırıcı maddələr bədəndə xüsusi çöküntülər əmələ gətirir. Xüsusən də, öd və böyrək yollarındakı çöküntü xolosistiti yaranır. Bu da sonda öd kisəsinin çıxarılması ilə nəticələnir.
Üçüncü faktor radiasiyadır. Telefondan, kompüterdən ötürülən elektromaqnit dalğalar həm öd kisəsi xərçəngi, həm də qalxanvari vəzin xərçənginin inkişafını sürətləndirir. Elektromobil sistemindəki dalğalar xüsisi şüalandırma təsirinə malikdir. Bunlar rentgen və digər şüalar kimi ciddi zərər verməsələr də bədəndə D vitaminin miqdarını kəskin azaldırlar. Eyni zamanda, hüceyrələrdə membran keçiriciliyini dəyişirlər. Bunun da nəticəsində müəyyən orqanlarda onkoloji xəstəliyin inkişafı başlayır. Bu da onkologen təsir deməkdir”.
Müsahibimiz hesab edir ki, insanların yaratdığı nə varsa hamısı insan sağlamlığına zərərdir:
“O cümlədən də, mobil telefonlar. Digər faktorlar ekoloji mühitlə bağlıdır. Antropogen təsirlər nəticəsində ekologiyamızda baş verən neqativ dəyişikliklər də orqanizmimizə ciddi zərbələr vurur. Bu və digər səbəbdən yaxın zamanlarda hər 5 nəfərdən 3-nün ağır onkoloji xəstəliyə düçar olması qaçılmaz görünür”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:40 / 28.11.2024
Getdikcə “cavanlaşan” ÖD XƏRÇƏNGİ – “Hər beş nəfərdən üçü bu xəstəliyə DÜÇAR OLACAQ”
Hazırda oxunan: Getdikcə “cavanlaşan” ÖD XƏRÇƏNGİ – “Hər beş nəfərdən üçü bu xəstəliyə DÜÇAR OLACAQ”
Hazırda oxunan: Getdikcə “cavanlaşan” ÖD XƏRÇƏNGİ – “Hər beş nəfərdən üçü bu xəstəliyə DÜÇAR OLACAQ”
222782
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.