Nəqliyyat vasitələrindən birinin sürət həddini aşması ağır nəticələrə səbəb olub.
Bizim.Media-nın yerli bürosu DİN-in Şəki regional qrupuna istinadən bildirir ki, ağır yol-nəqliyyat hadisəsi Şəki şəhərinin mərkəzində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “OPEL-ASTRA” markalı avtomobillə motoskletin toqquşması ağır nəticələrə səbəb olub.
Qəza nəticəsində motoskleti idarə edən 42 yaşlı Natiq Abdullayev və onun sərnişini 46 yaşlı Mehman Camalov aldıqları xəsarətdən hadisə yerindəcə həyatlarını itiriblər.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya minik avtomobili sürücüsünün yağışlı havada döngədə nəqliyyat vasitəsini sürətlə idarə etməsi və yol-hərəkət qaydalarına riayət etməməsi səbəb olub.
İki nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb, təhqiqat aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu