37 nəfər həmyerlimiz Almaniyadan Azərbaycana GÖNDƏRİLDİ

37 nəfər həmyerlimiz Almaniyadan Azərbaycana GÖNDƏRİLDİ

Hazırda oxunan: 37 nəfər həmyerlimiz Almaniyadan Azərbaycana GÖNDƏRİLDİ

222683

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 26 noyabr tarixində Azərbaycan Respublikası vətəndaşı olan 37 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Bizim.Media-ya Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO