Külli miqdarda pul mənimsəməyən sahibkarın məhkəməsi BAŞLADI

Külli miqdarda pul mənimsəməyən sahibkarın məhkəməsi BAŞLADI

Hazırda oxunan: Külli miqdarda pul mənimsəməyən sahibkarın məhkəməsi BAŞLADI

222488

Külli miqdarda mənimsəmədə, dələduzluqda təqsirləndirilən Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bizim.Media apa.az-a istiandən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili məhkəməyə vəsatətlə müraciət edib. Vəkil müvəkkili haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.

Vəkil digər vəsatətində müdafiə etdiyi şəxsin ittiham olunduğu 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddənin çıxarılmasını xahiş edib.

Məhkəmə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib.

Digər vəsatət isə baxılmamış saxlanılıb.

Məhkəmənin baxış iclası dekabrın 10-na təyin edilib.

Qeyd edək ki, iş adamı Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO