“Onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunması günün əsas məsələlərindəndir. Bu, dəfələrlə səsləndirilib”.
Bizim.Media xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən 2025-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı deyib.
Milli Məclisin üzvü paytaxtda bəzi binaların zirzəmilərində dezinfeksiya işlərinin aparılmasının vacib olduğunu bildirib:
“Bakı Şəhər icra Hakimiyyəti və Səhiyyə Nazirliyi tabeliyində Gigiyena və Epidemiologiya Mərkəzinin bu problemin həllinə kömək etmələrini xahiş edirəm. Çünki paytaxtın bir neçə ərazisində bu cür yararsız halda olan binalar var ki, onların zirzəmilərinin təmzilənməsinə ehtiyac var. Çünki biz pandemiyadan çıxmış ölkəyik və epidemioloji vəziyyətlə bağlı ciddi düşünməliyik”.
Günay Şahmar, Bizim.Media