Respublikanın bəzi çaylarında sululuq artıb

Respublikanın bəzi çaylarında sululuq artıb

Hazırda oxunan: Respublikanın bəzi çaylarında sululuq artıb

222409

Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya 26 noyabr saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinə yağan yağıntılarla əlaqədar respublikanın bəzi çaylarında sululuq artıb.

Belə ki, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Viləşçayda suyun səviyyəsində 20 sm, Təngərüdçayda 11, Lənkərançayda 9, Şərətükçayda 4, Böyük Qafqazın ərazisindən axan Katexçayda və Qarasuçayda 3, Əyriçayda və Qudiyalçayda 2, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda və Gəncəçayda 1, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan Quruçayda 16, Tərtərçayda 1, Kür çayının yuxarı axımında Qıraqkəsəmən məntəqəsində isə 6 sm artım qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO