Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı - FOTO

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı - FOTO

Hazırda oxunan: Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı - FOTO

22239

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılma­sı, hərbi qulluqçuların maddi-texniki təminatı, sosial şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilir. 

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Bizim.Media-ya bildirilib ki, may ayının 24-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sər­hədində yeni hərbi hissə - sərhəd komendantlğı xidməti-döyüş fəaliyyətinə başlayıb. 

Bununla əlaqədar təşkil olunan mərasimdə DSX rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək Xidmət rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Zəngilanda yeni hərbi hissə yaradıldı - FOTO


Çıxışda işğaldan azad edilmiş dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi məsələlərinə ali dövləti qayğı sayəsində qısa müddət ərzində bu ərazilərdə zəruri infrastrukturun yaradılması üzrə işlərin sürətlə davam etdirildiyi, hazırkı hərbi hissənin də xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədlərinin mühafizəsi üçün böyük əhəmiyyət kəsb etməsi bildirilib. 

Tədbir iştirakçıları yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliy­yətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçiriblər. 

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO