“Kontakt”ın Zəfər Günü videoçarxı ölkəxaricindən mükafat qazanıb – FOTO/VİDEO

“Kontakt”ın Zəfər Günü videoçarxı ölkəxaricindən mükafat qazanıb – FOTO/VİDEO

Hazırda oxunan: “Kontakt”ın Zəfər Günü videoçarxı ölkəxaricindən mükafat qazanıb – FOTO/VİDEO

221843

“Kontakt”ın Zəfər Gününə özəl hazırladığı videoçarx Türkiyənin məşhur “Felis Ödülleri” müsabiqəsində qalib olub.  

Qardaş ölkə Türkiyənin ən prestijli reklam müsabiqələrindən olan “Felis”də yüzlərlə yaradıcı iş arasında “Kontakt”ın “Şanlı Zəfər Günümüz mübarək, Azərbaycan!” adlı unikal videoçarxı rəqibləri kölgədə qoyaraq Korporativ Sosial Məsuliyyət və Korporativ İmic kateqoriyalarında yüksək mükafata layiq görülüb. Hər kadrı ilə Zəfər Gününün dəyərini göstərən layihə, zəfər ruhunu ölkəmizlə yanaşı, ölkəxarici auditoriyada da hiss etdirə bilib.

Artıq 19 ildir ki, reklam və marketinq sənayesində yaradıcı işləri qiymətləndirən “Felis” müsabiqəsi bu il ikinci dəfə Azərbaycanın iştirakı ilə keçirilirdi.  Mükafatlandırma mərasimi isə sözün əsl mənasında təsadüfi deyil ki, Zəfər Günü ilə eyni tarixdə – noyabrın 8-i, Türkiyədə - Haliç Konqres Mərkəzində baş tutub. 
 

Zəfərin mənəvi dəyərini təsdiqləyən bu layihənin uğuru ilə “Kontakt” bir daha öz sosial məsuliyyətini ən yüksək səviyyədə yerinə yetirdiyini sübut etdi.


Qeyd edək ki, şəbəkə “Kontakt sevindirir” şüarı ilə Azərbaycanda pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirməyə davam edir. 

Qəlbətoxunan süjet xətti ilə dillər əzbəri “Qarabağ” mahnısının yer aldığı videonu buradan izləyə bilərsiniz: 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO