İranda Firuz Mustafanın iki kitabı nəşr edildi

İranda Firuz Mustafanın iki kitabı nəşr edildi

Hazırda oxunan: İranda Firuz Mustafanın iki kitabı nəşr edildi

221250
Yazıçı-filosof Firuz Mustafanın bədii və elmi əsərləri tez-tez ölkəmizin sərhədlərindən kənarda nəşr edilir,xa0 dramları öz uğurlu səhnə taleyini yaşayır. Ötən il onun pyesləri Rusiya və Türkiyə tetrlarında səhnələşdirilmiş, nəsr əsərləri özbək, tatar və ukrayna dillərində nəşr edilmişdir.

Bu günlərdə İranda tanınmış fikir və söz adamınınxa0 dram əsərlərindən ibarətxa0 iki kitab çap olunmuşdur. “Çardaqda zirzəmi” və “Marian çökəkliyi” adlanan bu məcmuələrdə Firuz Mustafanın absurd dramları toplanmışdır.

Pyesləri fars dilinə Kayomars Nəzmian tərcümə etmişdir.

Firuz Mustafa müxbirimizlə söhbətində demişdir:xa0

-Mən Kayomarsı şəxsən tanımıram. Yəni biz indiyəcən həyatda rastlaşmamışıq. Lakin bir-birimizin yaradıcılığına mətbuat vasitəsi ilə yaxşı bələdik. Kayomarsxa0 çox erudisiyalı bir qələm əhli, habelə istedadlı tərcüməçidir. O, indiyəcən mənim bir sıra nəsr əsərimi farscaya çevirib, nəşr etdirib. Ədəbiyyatımıza və mədəniyyətimizə böyük sevgisi olan Kayomars son illər təmənnasız olaraq mənim səhnə əsərlərimin tərcüməsi ilə məşğul olur. Bu günlərdə İranda iki kitabım birdən nəşr edilib. Əlbəttə, bu, çox sevindirici haldır. Tamaşaçılar yaxşı bilir ki, hazırda İran filmləri dünya kinosunda xüsusi yer tutur. Orasını da deyim ki, son illərdə qonşu ölkənin teatr aləmində də bir canlanma, inkişaf hiss olunmaqdadır. Mən əminəm ki, farscaya çevrilmiş bu əsərlər, yəni mənim absurd dramlarım tezliklə özünün layiqli səhnə həllini tapacaq.xa0xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO