Pandemik vəziyyətin səngiməsi ilə bağlı bir sıra ölkələr artıq dövlətlərarası əlaqələrin genişləndirilməsinə qərar verib. Avropa ölkələrinin bir qısmi quru sərhəd yollarını açmaq qərarına gəlib.
Bu sırada Azərbaycan və Gürcüstan hökumətləri arasında da danışqılar gedir.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava quru sərhədlərin 3-cü dalğanın sonlarına yaxın açıla biləcəyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstan quru sərhədlərini açır? - Rəsmi açıqlama
Bizim.Media xəbər verir ki, Turnava bu barədə peyvənd olunduqdan sonra jurnalistlərə verdiyi müsahibəsi zamanı bildirib. Onun sözlərinə görə, bu məsələ növbəti bir neçə həftənin müzakirə mövzusu olacaq:
"Quru sərhədlərin etibarlı şəkildə açılması turizm üçün əsas stimullardan biridir. Quru sərhədlərin açılması planlaşdırılır, lakin üçüncü dalğanın tamamlanması zamanı ilə üst-üstə düşməlidir. Yəqin ki, növbəti bir neçə həftənin mövzusu bu olacaq", - deyə N. Turnava bildirib.
Xatırladaq ki, hökumət rəsmiləri ölkədə üçüncü dalğanın sonunu, may ayının sonlarında olacağını ehtimal edirlər. Ehtimal olunur ki, iyun ayının 10-15-i aralığında quru yolla gediş-gəliş bərpa olunsun.
Bizim.Media