Zərdabda baş verən ağır qəzada dünyasını dəyişən şəxsin kimliyi bəlli olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu motosikletin sürücüsü rayon sakini Atəş Məmmədovdur.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, bu gün QAZEL markalı yük maşını “Mercedes” markalı minik maşını və motosikletin toqquşması nəticəsində bir nəfər ölüb dörd nəfər isə ağır bədən xəsarətləri ilə Zərdab rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Bizim.Media