“Bakı çox gözəl, maraqlı şəhərdir, bura həm tarixi, həm də müasirdir. Bir sözlə, çox gözəldir. İnsanlar bizə qarşı çox mehribandırlar".
Bu sözləri Bizim.Media-ya COP29-da iştirak edən braziliyalı iqlim dəyişikliyi üzrə araşdırmaçı Julia Stefany da Silva Lima deyib.
İlk dəfə Azərbaycanda olan braziliyalı qonaq gələn il konfransın onların ölkəsində keçirilməsindən söz açıb:
"İlk dəfədir ki, bu yerdəyəm. Burada olmaqdan çox xoşbəxtəm. Mən tədbirdəki danışıqları izləyirəm. İlk dəfədir COP konfransında oluram. Gələn il tədbir Braziliyada keçiriləcək. Gələn il üçün çox həyəcanlıyam, amma bu il burada olmağa və görəcəyim işlərə görə çox xoşbəxtəm".
O, Azərbaycan mətbəxini və şirniyyatlarını bəyəndiyini xüsusilə qeyd edib.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:47 / 14.11.2024
“Bakı tarixi və müasir şəhərdir”- Braziliyalı araşdırmaçı
Hazırda oxunan: “Bakı tarixi və müasir şəhərdir”- Braziliyalı araşdırmaçı
Hazırda oxunan: “Bakı tarixi və müasir şəhərdir”- Braziliyalı araşdırmaçı
220624
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.