Şəhid Qənbər Qənbərli dəfn edildi

Şəhid Qənbər Qənbərli dəfn edildi

Hazırda oxunan: Şəhid Qənbər Qənbərli dəfn edildi

22040

Vətən müharibəsində şəhid olan baş leytenant Tərtərdə dəfn olunub.

Bizim.Media xəbər veirr ki, Vətən müharibəsində itkin düşdükdən 8 ay sonra nəşi tapılan Azərbaycan Ordusunun baş leytenantı,Tərtər rayon Kəngərli kənd sakini, 1993-cü il təvəllüdlü Qənbərli Qənbər Bəhruz oğlu bu gün doğulduğu Kəngərli kəndində dəfn olunub.

Dəfndə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəsmiləri, şəhidin silahdaşları və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş hərbi qulluqçu, baş leytenant Qənbərli Qənbər Bəhruz oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO