Baş toksikoloqdan ilan sancması ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ

Baş toksikoloqdan ilan sancması ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ

Hazırda oxunan: Baş toksikoloqdan ilan sancması ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ

22033

"Aprel və may aylarında 9 nəfəri ilan sancıb". 

Bizim.Media “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, bu fikri  Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov səsləndirib.

O bildirib ki, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilan sancması ilə bağlı müraciət edənlərin 1 nəfəri uşaq olub: 

"Aprel ayında ilan sancması ilə bağlı bizim şöbəyə bir müraciət daxil olub. May ayında isə 8 nəfər ilan sancması ilə bağlı müraciət edib. Müraciət edənlərin hər biri xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 1 nəfər istisna olmaqla qalanlarının səhhəti normal olduğundan ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ilan sancması ilə bağlı nə ötən il, nə də ki bu il ölüm hadisəsi baş verməyib".

A.Maqsudovun sözlərinə görə, ilan sancması ilə daxil olan müraciətlərin bir qismi Bakı ətrafı kənd və qəsəbələrin payına düşür: 

"İlan sancma Bakının əsasən Zirə, Qaraçuxur, Qobu və Güzdək ərazilərində qeydə alınıb. Rayonlardan isə Qəbələ və Şamaxıda ilan sancması qeydə alınıb”.

O, qeyd edib ki,  ilan sancması halları əsasən həyətyanı sahələrdə qeydə alınıb. Amma Klinik Tibbi Mərkəzin Toksikologiya şöbə müdiri bu cür halların havalar istiləşdikcə əkin sahələrində də qeydə alınmasının istisna olmadığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO