Ramin Bayramlı xəstəxananın direktorunu vəzifədən uzaqlaşdırdı - FOTO

Ramin Bayramlı xəstəxananın direktorunu vəzifədən uzaqlaşdırdı - FOTO

Hazırda oxunan: Ramin Bayramlı xəstəxananın direktorunu vəzifədən uzaqlaşdırdı - FOTO

22019

Füzuli Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Şükürov vəzifəsindən azad edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.

R. Bayramlı həmkarlar ittifaqına təqdimat verərək bildirib ki, Şükürov Natiq Əli oğlu tibb müəssisəsində əlilliyin təyin edilməsi ilə bağlı işi düzgün təşkil etməyib, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etməyib və tabeliyində olan işçilərin funksiyalarına uyğun olaraq fəaliyyətini lazımi qaydada təşkil və nəzarət etməyib.

TƏBİB sədri Füzuli Rayon Mərkəzi Xəstəxanasında aparılan yoxlama zamanı aşkarlanan pozuntuları da qeyd edib.

Mayın 21-də xəstəxananın direktoru Natiq Şükürovla bağlanan müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilib. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO