Azərbaycanda istehsal və distribusiya ilə məşğul olan şirkətin satış təmsilçisi məsuliyyətə cəlb edilib.
Şirvan şəhər prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, “Delta Qrup C.O.” MMC-nin Satış departamentinin regionlar üzrə satış şöbəsinin Şirvan bölgəsinin satış təmsilçisi Mikayıl Dadaşovun və digər aidiyyəti şəxslərin qanunsuz hərəkətləri barədə cinayət işi başlanılıb.
Araşdırma zamanı Mikayıl Dadaşovun 2020-ci il noyabrın 17-dən 2021-ci il aprelin 09-dək olan dövr ərzində 84 müştəri üzrə aparılmış mədaxil və məxaricə dair əməliyyatlarında 90 min 500 manat məbləğində çatışmazlıq aşkar edilib.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilmələri təmin ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:49 / 22.05.2021
Şirvanda şirkətdə 100 minə yaxın mənimsəmə - Satış təmsilçisinin özbaşınalığı
Hazırda oxunan: Şirvanda şirkətdə 100 minə yaxın mənimsəmə - Satış təmsilçisinin özbaşınalığı
Hazırda oxunan: Şirvanda şirkətdə 100 minə yaxın mənimsəmə - Satış təmsilçisinin özbaşınalığı
21992
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.