Bu gün Şuşa şəhəri günüdür

Bu gün Şuşa şəhəri günüdür

Hazırda oxunan: Bu gün Şuşa şəhəri günüdür

219740

Şuşa şəhərinin işğaldan azad edilməsindən 4 il ötür.

Bizim.Media xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri erməni işğalından azad edilib.
 

Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıda Şəhidlər xiyabanından xalqa videomüraciətində açıqlayıb.


Şuşa əməliyyatında düşmənin xeyli texnikası, canlı qüvvəsi məhv edilib. Ermənistan Şuşanı itirməklə müharibədə məğlub olduğunu qəbul edərək kapitulyasiya aktını imzalamaq məcburiyyətində qalıb.

Şuşanın işğaldan azad edilməsi şərəfinə Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamla 8 noyabr – Şuşa şəhəri günü kimi təsis edilib.

Qeyd edək ki, Şuşa şəhəri 8 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Şuşa şəhərindəki 17 məsciddən 16-sı, eləcə də digər tarixi, mədəni abidələr, muzeylər, heykəllər, qəbiristanlıqlar dağıdılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO