Qızıl yenidən BAHALAŞACAQ – Bu TARİXDƏ

Qızıl yenidən BAHALAŞACAQ – Bu TARİXDƏ

Hazırda oxunan: Qızıl yenidən BAHALAŞACAQ – Bu TARİXDƏ

219340

Dünya bazarında qızılın qiyməti yenə qalxıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,90 dollar artaraq 1 331,10 dollara çatıb.

Maraqlıdır, neftin qiymətində ucuzlaşma müşahidə olunmadığı halda qızıl niyə davamlı şəkildə bahalaşır? Bu vəziyyət Azərbaycanda qızılın qiymətinə necə təsir göstərib?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Xalid Kərimlinin fikrincə, qızılın bahalaşmasının əsas səbəbi dünyadakı qeyri-müəyyənlik və gərginliklərdir:

“Səbəblərdən biri Rusiya və Avropanın bir-birinə sanksiya tətbiq etməsi, bu zaman valyutadan istifadə etməsi, Yaxın Şərqdə müharibənin alovlanma riskidir. Bundan başqa ölkələr görür ki, valyutadan istifadə edib onlara sanksiyalar tətbiq edilir. Ona görə də Çin, Hindistan, Rusiya, Braziliya, Türkiyə, İran kimi ölkələr çalışırlar ki, rezervlərini qızılda saxlasınlar. Çünki qızıl təhlükəsiz aktiv sayılır.

İnvestorlar da görür ki, üçüncü dünya müharibəsi riski artır. Onlar da pulu riskli hesab etdikləri üçün qızıla üstünlük verirlər. Belə məsələlər qızıla tələbatı getdikcə artırır”.

İqtisadçı deyir ki, bunlarla yanaşı Amerika, Avropa Mərkəzi Bankı tərəfindən inflyasiyanın, faiz dərəcələrinin aşağı salınması da qızılın qiymətini artırır. Bütün bu səbəblər təbii ki, Azərbaycanın qızıl bazarına da təsirsiz ötüşmür:

“Bu, Azərbaycan bazarında da birmənalı olaraq qızılın qiymətinə təsir göstərir. Ola bilsin, zərgərlik məhsularında təsirini bir neçə aya göstərsin. Amma son bir ildə davamlı olaraq qızılın qiyməti dünya bazarında artdığına görə, bizim bazarlarda da qızıl və qızıl məhsullarının qiyməti arta-arta gedir.

İndiki artım da ola bilər ki, iki aydan sonra özünü göstərəcək. Çünki zərgərlərin qızılı əmtəə şəklində alıb məhsul istehsal etməsi bir qədər zaman alır. Amma dediyim kimi, pandemiyadan sonra qızıl davamlı bahalaşdığına görə zərgərlik məhsullarının da qiyməti artır”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO