TƏBİB Ağciyər İnstitutundakı maliyyə fırıldağı ilə bağlı ARAŞDIRMALARA başladı

TƏBİB Ağciyər İnstitutundakı maliyyə fırıldağı ilə bağlı ARAŞDIRMALARA başladı

Hazırda oxunan: TƏBİB Ağciyər İnstitutundakı maliyyə fırıldağı ilə bağlı ARAŞDIRMALARA başladı

21922

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda maliyyə fırıldağı və İnstitutun Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri ilə işçiləri arasında yaşanan qalmaqalla bağlı yazı dərc etmişdik. 

Yazıda Labaratoriya həkimi Aynur Əsədlinin saytımıza açıqladığı Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri Nuriyyə Səlimovadan şikayəti, işçilər arasında ayrıseçkilik və fəaliyyətində yol verdiyi özbaşınalıqlarla bağlı iddiaları qeyd olunmuşdu.
 

MÖVZU İLƏ BAĞLI:

Ağciyər İnstitutunda maliyyə fırıldağı – COVID xəstələri ilə işləməyən həkimlərə MAAŞ yazılır - SƏSYAZISI


Həmçinin Nuriyyə Səlimovanın institutda koronavirus xəstələri ilə çalışmayan həkimlərə qeyri-qanuni əməkhaqqı yazaraq hesabat şəklində rəhbərliyə təqdim etməsi də iddia edilmişdi. 

Məqalədə 4 ildən çoxdur şöbə müdiri ilə işçilər arasında yaşanan insidentlə bağlı İnstitut rəhbəri Həqiqət Qədirovanın ölçü götürməməsi, daha doğrusu şöbə müdirinə iki dəfə xəbərdarlıq cəzası verməsi, şikayətçilərin isə Nuriyyə Səlimovanın daha ağır cəza ilə cəzalandırması tələbi də dərc edilmişdi. Eyni zamanda məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə rəsmi müraciət olunmuşdu. 

TƏBİB qeyd olunan qalmaqalla bağlı Bizim.Media-nın sorğusunun cavalandırıb. “Qeyd etdiyiniz məsələ hazırda araşdırılmaqdadır” deyə cavabda bildirilib. 

Qeyd edək ki, son vaxtlar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun fəaliyyəti ən çox tənqid edilən tibb müəssisələrindəndir.  

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO