Gecə saatlarında Bakının Xətai rayonu ərazisində yerləşən “Təbrik” restoranında toydan sonra kütləvi dava düşüb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə toy iştirakçılarının bir-biri ilə əlbəyaxa olduğu öz əksini tapıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı mövzu ilə bağlı bildirib ki, hadisə ilə bağlı ərazi üzrə polis şöbəsində araşdırma başladılıb, hadisə iştirakçıları müəyyən olunaraq izahatları alınıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Bizim.Media