Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Rüdəkənar kəndindəki müxtəlif ərazilərdə 4 nəfər rayon sakini R.Vəliyev, M.Əliyev, H.Rzayev və Q. Vəliyevin qanunsuz ov etdikləri aşkarlanıb.
Bu barədə Bizim.Media-nın cənub bürosuna DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Onlardan müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış çox sayda sintetik torlar, ov zamanı istifadə olunan digər alətlər və qanunsuz olaraq ovlanan çöl quşları aşkarlanıb.
Həmin şəxslər barəsində protokollar tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.
Sabutay, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:40 / 03.11.2024
Astarada qanunsuz çöl quşları ovlayanlar cərimələndi
Hazırda oxunan: Astarada qanunsuz çöl quşları ovlayanlar cərimələndi
Hazırda oxunan: Astarada qanunsuz çöl quşları ovlayanlar cərimələndi
219015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.