Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, "Mercedes Vito" markalı mikroavtobus öncə minik avtomobili ilə toqquşub, sonra idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində 1 nəfər - 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva aldığı xəsarətdən dünyasını dəyişib. Qəza zamanı habelə daha 7 nəfər - 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva və 2020-ci il təvəllüdlü A.Həbliyev xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 4 yaşlı A.Həbliyevin vəziyyəti ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti kafi və orta-ağırdır.
Qeyd edək ki, ölən və zərərçəkənlər Bakıdan Mingəçevirə qayıdan "Mercedes Vito" markalı mikroavtobusda olan sərnişinlərdir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:57 / 03.11.2024
Mingəçevirdə mikroavtobus aşdı: Ölən və xəsarət alanlar var
Hazırda oxunan: Mingəçevirdə mikroavtobus aşdı: Ölən və xəsarət alanlar var
Hazırda oxunan: Mingəçevirdə mikroavtobus aşdı: Ölən və xəsarət alanlar var
219004
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.