Gəncədə 44 yaşlı kişini öldürən şəxs SAXLANILDI

Gəncədə 44 yaşlı kişini öldürən şəxs SAXLANILDI

Hazırda oxunan: Gəncədə 44 yaşlı kişini öldürən şəxs SAXLANILDI

218946

Gəncə şəhərində Daşkəsən sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gəncə şəhər Baş Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, İdarəyə Daşkəsən rayon sakini, 1980-cii il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1971-ci il rəvəllüdlü Nəsimi Mustafayev saxlanılıb.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO