Goranboyda ər-arvad “İran sobası”nın QURBANI OLDU – TƏFƏRRÜAT

Goranboyda ər-arvad “İran sobası”nın QURBANI OLDU – TƏFƏRRÜAT

Hazırda oxunan: Goranboyda ər-arvad “İran sobası”nın QURBANI OLDU – TƏFƏRRÜAT

218886

Ötən gün Goranboy rayonunun Nizami kəndində ər-arvad dəm qazının qurbanı olub. 1958-ci il təvəllüdlü Kamal Qurbanlı oğlu Əkbərov və həyat yoldaşı 1960-cı il təvəllüdlü Ayidə Əli qızı Əkbərova yaşadıqları evdə dəm qazından boğulublar

Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, həyatını itirən ər-arvad Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkünlərdir.
 

Onların övladları Daşkəsən rayonunda yaşayırmış. Ölənlərin yaxınları deyirlər ki, mərhum ər-arvadın qızları və digər qohumları gün ərzində onlara dəfələrlə zəng etsələr də, əlaqə qura bilməyiblər. Daha sonra keçmiş məcburi köçkünlərin vəfat etdiyi məlum olub.


Yaxınları onların meyitini qonaq otağında tapıblar. Qohumlarının sözlərinə görə, qonaq otağında quraşdırılan "İran sobası" adlanan qızdırıcı düzgün quraşdırılmayıb və otağa dəm qazı sızıb. Hər iki şəxs hadisə yerində ölüb.

Mərhumların meyitləri müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsinin Goranboy rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO