Salyanda qardaşı arvadını və onun oğlunu qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkum Ziya Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrlik etdiyi prosesdə Ziya Əliyevə hökm oxunub.
Hökmə əsasən, Z.Əliyev ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin mart ayında baş verib. İttihama görə, 1981-ci il təvəllüdlü Ziya Əliyev aralarında yaranmış mübahisə zamanı bıçaqla qardaşı arvadı Rahilə Əliyevi və onun oğlu Bəhruz Əliyevi qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə), 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:20 / 31.10.2024
Qardaşı arvadını və onun oğlunu qətlə yetirən şəxsə ÖMÜRLÜK cəza verildi
Hazırda oxunan: Qardaşı arvadını və onun oğlunu qətlə yetirən şəxsə ÖMÜRLÜK cəza verildi
Hazırda oxunan: Qardaşı arvadını və onun oğlunu qətlə yetirən şəxsə ÖMÜRLÜK cəza verildi
218619
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.