Biz həmişə Rusiyadan milyardlarla dollarlıq silah almışıq – İLHAM İSMAYIL

Biz həmişə Rusiyadan milyardlarla dollarlıq silah almışıq – İLHAM İSMAYIL

Hazırda oxunan: Biz həmişə Rusiyadan milyardlarla dollarlıq silah almışıq – İLHAM İSMAYIL

2186

Biz ordumuzun sayəsində güclüyük, kimdənsə aslılığımız yoxdur. Milyardlar xərcləyib cibimizin pulu ilə Rusiyadan da silahlar almışıq, başqa ölkələrdən də. Alını açıq-üzü ağ biz bunu deyirik. Niyə gizlədək ki, oğrun işlər görmürük, mülki təyyarə ilə ölkəmizə silahlar gətirilmir. 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Bizim.Media-ya Prezident İlham Əliyevin “Bizə silah əsas Rusiyadan gəlir” statını şərh edərkən belə deyib:

“Bəli, Prezident çox doğru buyurdu, biz 30 il bundan öncəki Qarabağ müharibəsində də, indiki savaşda da həmişə Rusiyadan milyardlarla dollarlıq silah almışıq. Biri var silah alasan, biri də var silah sənə hədiyyə olunur. Ermənistan yaxşı bilir hansı bataqlığın içərisindədir”.



İlham İsmayıl onu da qeyd etdi ki, indi Rusiyanın özü də Azərbaycan başqa ölkədən silah alır deyib, bizə qara yaxır. Prezidentin çıxışı məhz bu qarayaxmaya cavab idi: 

“Çünki, Rusiya Türkiyənin Cənubi Qafqazda böyük nüfuza sahibi olmağını istəmir. Ona görə də tez- tez deyirlər ki, Türkiyədən silah alırsız. Birbaşa Türkiyəyə söz savaşı açmır. Hadisələrin üzərindən iddialar səsləndirirlər”. 

Ekspert bidirir ki, bizə bu ittihamı etməklə Rusiya öz üzərindən həm də diqqəti yayındırmaq istəyir:

“Axı, Ermənistana da silah satır. Bunu Ermənistan özü açıqlayıb ki, kredit hesabına hərbi bazasını silah-sursatla təmin edir. Azərbaycan da ondan silah alır. Məhz bu faktdan yayınmaq istəyir. Ermənistan Hindistandan, Çindən silah gətizdirir. Bunu deyən yoxdur. Hansı ölkə olur olsun, biz beynəlxalq normalara əməl etməklə o silahları alırıq”. 

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO