Gəncədə ağır yol-nəqliyyat hadisəsi zamanı şəhərin elektrik şəbəkəsinə böyük zərər dəyib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ozan küçəsində baş verib.
Hərəkətdə olan OPEL markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq, beton dirəyə çırpılıb. Qəza zamanı ağır xəsarət alan olmasa da avtomobilə və elektrik təsərrüfatına ciddi ziyan dəyib.
Hadisə nəticəsində 3 elektrik dirəyi qırılaraq aşıb, əraziyə elektrik enerjisinin verilməsi dayandırılıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu