Sabah Bakının bu ərazisində işıq olmayacaq

Sabah Bakının bu ərazisində işıq olmayacaq

Hazırda oxunan: Sabah Bakının bu ərazisində işıq olmayacaq

218186

Sabah Bakının Xəzər rayonun Albalılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Qeyd edilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə həyata keçirilən təmir işləri ilə əlaqədar oktyabrın 29-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq, saat 9:00-dan saat 13:00-dək Albalılıq yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO