Biləsuvar qaçqın şəhərciyində dəhşətli qətlin detalları AÇIQLANDI

Biləsuvar qaçqın şəhərciyində dəhşətli qətlin detalları AÇIQLANDI

Hazırda oxunan: Biləsuvar qaçqın şəhərciyində dəhşətli qətlin detalları AÇIQLANDI

218128

Biləsuvar qaçqın şəhərciyində  əslən Cəbrayıl rayonun Böyük Mərcanlı kəndində olan həmyerlilərin mübahisəsi qətllə başa çatıb. Belə ki, Cəbrayıl rayon sakini, 1980-ci il təvəllüdlü Şahverdiyev Şahin Vəli oğlun döyülərək qətlə yetirilib. Qətli isə elə həmin rayonun sakini  1995-ci il təvəllüdlü Məmmədquliyev Seymur Şahin oğlu törədib. 

Bizim.Media xəbər verir ki, mərhumun başı döyüldükdən sonra kəsilib. Məmmədquliyevlər ailəsinin verdiyi məlumata görə, mərhum Şahin 4 ildən çox imiş ki, bu ailədən qız istəyirmiş. Amma ailə qızın razı olmaması səbəbindən Şahverdiyevlərə "yox" cavabı veriblər. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Cəbrayıl sakini döyülərək qətlə yetirildi - FOTO


Yaranan soyuqluq illərlə çəkən mübahisəyə çevrilib və dünən axşam saatlarında qətl hadisəsi baş verib. 

Mərhumun Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) keçmiş rəisi, polis polkovniki Araz Şahverdiyevun qardaşı olduğu deyilir. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədquliyev Seymur Şahin oğlu saxlanılıb. 

Baş vermiş cinayət hadisəsinin araşdırılması davam etdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO