Bakıda qarajda 2 avtomobil yandı: Xəsarət alan var

Bakıda qarajda 2 avtomobil yandı: Xəsarət alan var

Hazırda oxunan: Bakıda qarajda 2 avtomobil yandı: Xəsarət alan var

218070

Bakıda köməkçi tikilidə və qarajda yanğın olub.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 192 m² olan birmərtəbəli mansard tipli (1-ci mərtəbədə 1 otaq, qaraj, qazanxana və mətbəx yerləşir) köməkçi tikilinin mansardının yanar konstruksiyaları 96 m² sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 78 m² sahədə, qarajın içərisində “Volkswagen" markalı minik avtomobilinin yanar hissələri, 1 ədəd “Golf Car” avtomobili, 1 ədəd skuter və 1 ədəd generator yanıb.

Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO