Kamal Abdullaya yeni vəzifə verildi

Kamal Abdullaya yeni vəzifə verildi

Hazırda oxunan: Kamal Abdullaya yeni vəzifə verildi

218067

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullaya yeni vəzifə verilib.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, professor Azərbaycan Milli Ensiklopediyasının Redaksiya heyətinin üzvü təyin edilib.

Qeyd edək ki, Redaksiya heyəti Azərbaycan Milli Ensiklopediyasının yüksək elmi səviyyədə çapa hazırlanmasını təmin edir.
 

Redaksiya heyətinin qarşısında duran məqsəd müasir sivilizasiyanın əldə etdiyi bilik və məlumatların bütün sahələrini əhatə edən, Azərbaycan xalqının tarixində baş vermiş mühüm ictimai-siyasi və mədəni hadisələri elmi şəkildə əks etdirən, yeni dövrün tələblərinə cavab verən, universal xarakterli, sistemi və yığcam məlumat bazasını ensiklopedik formada təqdim etməkdir.


Qeyd edək ki, Kamal Abdulla 2017-ci ildən ADU-nun rektorudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO