Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı 

Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı 

Hazırda oxunan: Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı 

21803

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Bizim.Media-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Nəsibov Səfərəli Nəsib oğluna oğlu Sumqayıt şəhər sakini Nəsibov Fərid Səfərəli oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada plastik su qabının içərisindəki mayeyə qatılmış ümumi çəkisi 0,520 qram olan narkotik vasitə metadon aşkar edilib.  

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO