Türkiyə Ordusunun uğurla nəticələnən Zeytun budağı sübut etdi ki, Azərbaycan cəmiyyəti də qələbəyə “acdır”. Xalqımız da erməni işğalında olan torpaqlarımızın hərbi əməliyyatlar yolu ilə düşməndən azad olunmasını istəyir. İnsanlarımız arzu edir ki, Azərbaycan Ordusu da qardaş ölkənin qələbəsindən ruhlanıb, “Xarı bülbül” hərbi əməliyyatına başlasın.xa0
Maraqlıdır, xalqın bu istəyi nəzərə alına bilərmi? Azərbaycan Silahlı Qüvvələrinin yaxın zamanlarda döyüş əməliyyatına başlayacağı ehtimalı varmı?
xa0Moderator.az-ın mövzu ilə bağlı sualını ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov cavablandırıb. Y.Aydəmirov bildirib ki, hərbi əməliyyat hər an başlaya bilər:xa0

“Ehtimal həmişə var və bu əməliyyat hər an başlaya bilər. “Zeytun budağı” bir az uzansa da, “Xarı bülbül” əməliyyatı, Qarabağ əməliyyatı uzunmüddətli olmayacaq. Çünki Azərbaycan qarşısında dözmək və müqavimət göstərmək üçün düşmənin elə bir silah-sursat ehtiyatı yoxdur. Həmçinin düşmən uzunmüddətli müharibə aparmaq üçün elə bir hərbi qüvvəyə də malik deyil. Onlar tez bir zamanda sarsılacaqlar”.xa0
Vasif Əlihüseyn






























































































