Türkiyədə gecə klubunda keçirilən əxlaqsız və qeyri-insani davranışlardan ibarət əyləncənin videosu internetdə yayılandan sonra polis əməkdaşları hərəkətı keçib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Şəhər Polis İdarəsi və Əxlaq Polisinin Beyoğlu adlanan ərazidə birgə keçirdiyi əməliyyatlar nəticəsində dəhşətli faktlar ortaya çıxıb.
Məlum olub ki, internetdə daha bir gecə klubunda seksual hərəkətlər və qeyri-insani davranışlar edilən əyləncənin anonsları və bilet satışı barədə elan yayılıb. Mis küçəsindəki gecə klubuna edilən basqın zamanı içəridə əyləncə şou olduğu və əxlaqsız hərəkətlər edildiyi, bir qadının dəmir qəfəsdən ayağa durduğu, digər bir qadının isə kölə vəziyyətində iştirakçılar tərəfindən şallaqla döyüldüyü görülüb.
32 nəfərin saxlanıldığı əməliyyat nəticəsində 12 şallaq, 5 qandal, 19 maska, 8 kəmər, 1 beysbol çubuğu, 2 göz bandı, 1 kazino çarxı və s. əşyalar maddi sübut kimi ələ keçirilib.
Polis İdarəsində saxlanılan 32 nəfərdən 23 müştəri sərbəst buraxılıb. Aralarında ikisi azərbaycanlı qadın olmaqla ümumilikdə 8 əcnəbi deportasiya olunmaq üçün şəhər miqrasiya şöbəsinə təhvil veriliblər.
Həmçinin gecə klubunun sahibi və şounun təşkilatçıları olan 9 nəfərin işi məhkəməyə göndərilib. Onlardan 1-i şərti azadlığa buraxılsa da, 8-i həbs edilib.
Bizim.Media