Bakıda yanan obyekt məşhur hotel imiş

Bakıda yanan obyekt məşhur hotel imiş

Hazırda oxunan: Bakıda yanan obyekt məşhur hotel imiş

217795

Bakıda yanan obyektin "Astoria" hoteli olduğu məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev oxu.az-a məlumat verib.

Onun sözlərinə görə, obyektin nə qədər sahəsinin zərər gördüyü ilə bağlı işlər davam edir.

"Təqribən ümumi sahəsi 2 000 kvadratmetr olan obyektin 600-700 kvadratmetrlik dam örtüyündə yanğın baş verib" , - deyə o qeyd edib.

Qeyd edək ki, axşam saatlarında Bakı şəhəri, Babək prospektində yerləşən obyektlərdən birində yanğın baş verib. Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO