Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.
Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin, icra orqanlarının rəhbərlərinin sayı 17 nəfər artaraq 612-yə çatdırılıb.
Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə dəyişməyib və hazırda 383 fiziki şəxsin ölkədən çıxışına qadağa var.
Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 978-dən 995-ə çatıb.
Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş hüquqi və fiziki şəxslərin adlarına buradan baxa bilərsiniz: