Göygöldə qəzada ölən və yaralananların kimliyi BİLİNDİ – FOTO

Göygöldə qəzada ölən və yaralananların kimliyi BİLİNDİ – FOTO

Hazırda oxunan: Göygöldə qəzada ölən və yaralananların kimliyi BİLİNDİ – FOTO

217693

Göygöl-Kəlbəcər yolunda baş verən ağır qəzada ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, hərəkətdə olan "Opel" və "VAZ-21015" markalı iki avtomobilin toqquşması nəticəsində Göygöl rayon sakinləri 2006-cı il təvəllüdlü Fariz Məhərrəmov, 1984-cü il təvəllüdlü Xəyal Rzayev və 2006-cı il təvəllüdlü Heydər Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Göygöldə AĞIR QƏZA – Ölən və yaralananlar var - VİDEO


"VAZ-21015" markalı avtomobilin digər sərnişini, 2006-cı il təvəllüdlü Ramal Qurbanzadə hadisə zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 








Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO