Cəlilabadda oğurluq əməlini törədən şəxs saxlanılıb.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, Cəlilabad rayonu ərazisində yerləşən marketlərdən birinin seyfindən 4500 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı T.Həmidov saxlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxs işlədiyi mağazanın seyfindən oğurladığı pulları onlayn mobil oyunlara xərcləyib. Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:27 / 25.10.2024
İş yerindən pul oğurladı və onlayn oyunlara xərclədi - Cəlilabadda
Hazırda oxunan: İş yerindən pul oğurladı və onlayn oyunlara xərclədi - Cəlilabadda
Hazırda oxunan: İş yerindən pul oğurladı və onlayn oyunlara xərclədi - Cəlilabadda
217687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.