Göygöldə AĞIR QƏZA – Ölən və yaralananlar var - VİDEO

Göygöldə AĞIR QƏZA – Ölən və yaralananlar var - VİDEO

Hazırda oxunan: Göygöldə AĞIR QƏZA – Ölən və yaralananlar var - VİDEO

217684

Göygöl rayonunda ölümlə nəticələn yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Göygöl-Kəlbəcər yolunda qeydə alınıb. 

Hərəkətdə olan "Opel" və "VAZ-21015" markalı iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha dörd nəfər müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.  

Faktla bağlı araşdırma aparılır.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO