Sosial mediada "BakıKart" adı altında saxta səhifələr açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.
Agentlik bəyan edib ki, bu səhifələr “4 AZN ödəyərək 6 ay pulsuz istifadə” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.
"Təhlükəsizliyinizi qoruyun:
• Rəsmi "BakıKart" səhifələrini izlədiyinizə əmin olun.
• Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın.
• Yalnız rəsmi mənbələrdən məlumat əldə edin.
Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq!
Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla əlaqə saxlayın və bank məlumatlarınızı heç kimlə paylaşmayın!", - deyə açıqlamada qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:28 / 24.10.2024
Əhaliyə XƏBƏRDARLIQ: "BakıKart" adı altında saxta səhifələr açıldı – FOTO
Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ: "BakıKart" adı altında saxta səhifələr açıldı – FOTO
Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ: "BakıKart" adı altında saxta səhifələr açıldı – FOTO
217571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.