Şəki şəhərində istirahət mərkəzlərinin birində toy məclisi təşkil edildiyi müəyyən olunub.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, rayonun Baş Layısqı kəndi ərazisindəki istirahət mərkəzində 100 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən toy mərasimi polislər tərəfindən dayandırılıb.
MÖVZU İLƏ BAĞLI:
İmişlidə nəvəsinə toy edən babanın məclisi dağıdıldı
Xüsusi karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı, məclisi təşkil edən şəxslər və qonaqlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.
Bizim.Media