Şəkidə avtomobil qum topasına çırpılıb, xəsarət alanlar var

Şəkidə avtomobil qum topasına çırpılıb, xəsarət alanlar var

Hazırda oxunan: Şəkidə avtomobil qum topasına çırpılıb, xəsarət alanlar var

217503

Axşam saatlarında Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Şəkinin Çeşməli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan avtomobil qəza törədib. 
 

Hadisə şahidlərinin sözlərinə və ilkin tədqiqatın nəticəsinə əsasən Balakən rayon sakini, 31 yaşlı İmran Məmmədov idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə hərəkərdə olarkən əraziyə qoyulmuş xəbərdaredici yol nişanını görmədiyindən avtomobili xüsusi zolaqdakı qum topasına çırpıb. Bu zaman nəqliyyat vasitəsi əzilib, avtomobilin sürücüsü yüngül xəsarət alıb.


Lakin avtomobildə olan digər iki şəxs Balakən rayon sakinləri, 43 yaşlı Əziz Kaltayev və 62 yaşlı Fərman Kaltayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra həkimlərin rəyi ilə müalicələrini davam etdirmək üçün Balakən Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO