Polis Sabunçuda əməliyyat keçirdi - TUTULAN VAR

Polis Sabunçuda əməliyyat keçirdi - TUTULAN VAR

Hazırda oxunan: Polis Sabunçuda əməliyyat keçirdi - TUTULAN VAR

217447

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş Kamran Rüstəmov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, onun üzərindən külli miqdarda tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və narkotik vasitələrin satışında istifadə olunan elektron tərəzi aşkar edilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO