Bazar günü bu şəxslər üçün imtahan KEÇİRİLƏCƏK

Bazar günü bu şəxslər üçün imtahan KEÇİRİLƏCƏK

Hazırda oxunan: Bazar günü bu şəxslər üçün imtahan KEÇİRİLƏCƏK

217424

Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahan Bakı şəhərində Mərkəzin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) təşkil ediləcək. Sentyabrın 11-dən oktyabrın 7-dək imtahana qeydiyyat aparılıb və bu müddət ərzində 143 namizəd qeydiyyatdan keçib.
 

Saat 11:00-da başlanacaq imtahan bir saat davam edəcək.


İmtahan vermək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq buraxılış vərəqəsini çap edə bilərlər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

Namizədlər imtahana gələrkən kalkulyator, şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

İmtahan 9 istiqamət üzrə keçirilir. İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.
“Yaddaş kitabçası” ilə DİM-in saytında tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO