Oktyabrın 22-si saat 21 radələrində Göyçay rayonu ərazisində 1985-ci il təvəllüdlü Asif Eminovun almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya Göyçay rayon prokurorluğundan bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Göyçayda 39 yaşlı kişi QƏTLƏ YETİRİLDİ
Qeyd edilib ki, araşdırmalarla 1987-ci il təvəllüdlü Xəyal Mənsimovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Asif Eminovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xəyal Mənsimov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Bizim.Media