Tarixə qovuşan birgedişlik “BakıKart”lar – Onların bərpası niyə müşkülə ÇEVRİLİB?

Tarixə qovuşan birgedişlik “BakıKart”lar – Onların bərpası niyə müşkülə ÇEVRİLİB?

Hazırda oxunan: Tarixə qovuşan birgedişlik “BakıKart”lar – Onların bərpası niyə müşkülə ÇEVRİLİB?

217199

Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənilməsinə başlandığı ərəfədə bir gedişlik kartlar satılırdı. Yəni metro və avtobuslardan bir dəfə istifadə edən şəxs yalnız bir gediş üçün kart ala bilirdi. Bunu “Bakıkart” aparatında birdəfəlik istifadə üçün bölməsini seçməklə əldə etmək mümkün idi. Uzun müddətdir həmin funksiya ləğv edilib. Yalnız həmişəlik istifadə oluna bilən dəyəri 2 AZN olan “Bakıkart” almaq olur.
 

MÖVZU İLƏ BAĞLI:

“BakıKart” mobil tətbiqi bərpa olunacaq – RƏSMİ


Bildiyimiz kimi, noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Tədbir çərçivəsində 80-100 min nəfərin ölkəyə gəlişi proqnozlaşdırılır.

Həmin şəxslərin böyük bir qisminin ictimai nəqliyyatdan istifadə edəcəyini nəzərə alsaq, tək gedişlik kartlara ehtiyac artacağını ehtimal etmək çətin deyil.

Maraqlıdır, onların ictimai nəqliyyatdan istifadəsini nəzərə alıb yenidən birdəfəlik kartların satışı təşkil oluna bilərmi?

Bu sualla ictimai nəqliyyat növlərinə cavabdeh olan qurumlar “Bakı metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Hər iki qurumdan sualımıza cavab ala bilmədik.

Üç aya yaxındır işləməyən “Bakıkart” operatorundan isə zənglərimizə cavab verilmir.

Xatırlatmaq yerinə düşər ki, bir il öncə fəaliyyətə başlayan tətbiqə iki aydır daxil olmaq mümkün deyil. Həmçinin, tətbiqdəki pulqabı bloklandığı üçün vətəndaşlar balansdakı puldan istifadə edə bilmirlər. İlk vaxtlarda nasazlığın 2-3 gün ərzində aradan qaldırılacağı deyilsə də, problem hələ də qalmaqdadır. 

Avqust ayının 14-də “BakıKart"ın rəhbəri də dəyişib. Yəni paytaxtın ictimai nəqliyyatında istifadə olunan "BakıKart"ın operatoru - "K Group" MMC-nin direktoru Orxan Bayramov işdən çıxıb. Şirkətə rəhbərlik Məmməd Allahverdiyevə həvalə olunub.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO