Şəhid Təbriz İbrahimov II Fəxri xiyabanda dəfn edildi - YENİLƏNİB - FOTO

Şəhid Təbriz İbrahimov II Fəxri xiyabanda dəfn edildi - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Şəhid Təbriz İbrahimov II Fəxri xiyabanda dəfn edildi - YENİLƏNİB - FOTO

21707

Vətən müharibəsində şəhid olan hərbçi Təbriz İbrahimov II Fəxri xiyabanda torpağa tapşırılıb.

Bizim.Media-nın məlumatına görə, dəfn hərbi orkestrin müşayiəti ilə keçirilib, yaylım atəşi açılıb.

Qeyd edək ki, şəhid hərbçi ilə anadan olduğu Salyan rayonunun Çadırlı kəndində dünən vida mərasimi keçirilib. Daha sonra şəhidin nəşi dəfn olunmaq üçün Bakıya gətirilib.

İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci il Salyan rayonunun Çadırlı kəndində anadan olub. Onun sentyabrın sonlarında Murov istiqamətində gedən döyüşlərdə itkin düşdüyü bildirilir.

***

Ötən gün nəşi tapılan Vətən müharibəsi iştirakçısı Təbriz İbrahimov II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə şəhidin yaxınları məlumat verib.

Bildirilib ki, şəhidin cənazəsi dəfn edilmək üçün bu gün Bakıya gətirilib.

Qeyd edək ki, T. İbrahimov 8 oktyabr 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində anadan olub. O, Murovdağ döyüşlərində itkin düşüb. Sentyabrın 28-dən sonra onunla əlaqə kəsilib.

Məlumata görə, T. İbrahimov mina partlayışı nəticəsində ayağından yaralanaraq qanaxma səbəbindən həyatını itirib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO